SON XƏBƏRLƏR

Lənkəran ŞİH başçısı Taleh Qaraşov növbəti səyyar görüşünü Vel və Siyavar kəndlərinin sakinləri ilə keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 noyabr tarixində verir.

Görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq -mühafizə orqanlarının rəhbərləri, eyni zamanda, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.

Taleh Qaraşov çıxış edərək bildirib ki, vətəndaşların müraciətlərinə baxılması, sosial-iqtisadi vəziyyətlərinin öyrənilməsi, fikir və təkliflərinin dinlənilməsi üçün məmur və vətəndaş arasındakı birbaşa dialoq mühitinin inkişaf etdirilməsi demoktarik dəyərlərin, habelə vətəndaş cəmiyyətinin tərəqqisi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Görüş qarşılıqlı diskussiya şəkilində davam edib.