SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Şovu kəndində sakinlərlə səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 noyabr tarixində verir.

İcra başçısı öncə əhalinin həssas təbəqəsindən olan insanları dinləyib və qayğıları ilə maraqlanıb. O, narkomaniyaya və erkən nikaha qarşı görülən tədbirlər barədə danışaraq deyib ki, bu istiqamətdə insanların maarifləndirilməsinin əhəmiyyətli dərəcədə önəmi var. Lənkəran ŞİH-nin sözügedən məsələlərə aidiyyəti qurumlarla birgə xüsusi həssaslıqla yanaşıldığını qeyd edən Taleh Qaraşov məsələnin ciddi şəkildə nəzarət altında saxlanıldığını vurğulayıb.

Daha sonra Siyabli, Şovu və Təngivan kəndləri sakinlərinin müraciətləri dinlənilib və onların həlli istiqamətində qanunamüvafiq addımlarn atılması barəsində göstərişlər verilib.