SON XƏBƏRLƏR

Taleh Qaraşov növbəti səyyar görüşünü Göyşaban və Ürgə kəndlərinin sakinləri ilə keçirib. Bu haqda bu gün, 2 dekabr tarixində Cenublu.az Lənkəran ŞİH-yə istinadən xəbər verir.

İcra başçısı ötən gün Göyşaban və Ürgə kəndlərinin sakinlərini qəbul edib. Görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.

Səsləndirilən məsələlərin bir qismi yerindəcə həllini tapıb, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə qurumlara rəsmi müraciətlərin ünvanlanması tapşırıqları verilib.