SON XƏBƏRLƏR

Lənkəran ŞİH başçısı Taleh Qaraşov şəhidimiz Mehdi Qənbərlinin anım günündə məzarını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 noyabr tarixində verib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul şəxsləri, şəhid ailələri üzvlərinin və yerli ictimaiyyətin nümayəndələrinin də qatıldığı ziyarət zamanı qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, xatirələri hörmət və ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidimizin ailə üzvləri ilə söhbət edib, onların qayğı və ehtiyacları ilə maraqlanıb. Icra başçısı bildirib ki, şəhid ailələrinə hörmət və ehtiram göstərmək hər birimizin mənəvi borcudur.

Şəhid valideynləri onlara göstərilən doğmalıqdan razı qaldıqlarını, bir ailə olduqlarını ifadə ediblər.

Qeyd edək ki, şəhidimiz M.Qənbərli ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.