SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Daşdatük kənd qəbiristanlığında Vətən müharibəsi şəhidi Ülfət Babazadənin məzarını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 noyabr tarixində verir.

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının məsul şəxsləri, şəhid ailələri üzvləri və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə şəhidimizin məzarı ziyarət olunub, qəbri üzərinə tər güllər düzülüb və ruhuna dualar edilib. İcra başçısı şəhidimizin ailə üzvlərinin qayğılarını dinləyib.

Şəhid atası Qabil Babayev Vətən müharibəsindən 2 il müddət keçməsinə baxmayaraq, şəhidlərimizin layiq olduqları medal və ordenlərin verilməsinə həssaslıqla yanaşmasının minnətdarlıqla qarşılandığını qeyd edib.

Qeyd edək ki, şəhidimiz ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.