SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhid Kamran Səmədovun anım günündə məzarını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 oktyabr tarixində verir.

İcra başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, şəhid ailələrinin və yerli insanların iştirakı ilə 31 oktyabr Liman şəhər qəbiristanlığında Səmədov Kamran Ceyhun oğlunun anım günündə məzarını ziyarət ediblər.

İcra başçısı şəhidimizin ailə üzvləri ilə söhbət edib və qayğıları ilə maraqlanıb. Taleh Qaraşov deyib ki, xalqın ləyaqətinin və milli qürurunun bərpa olunmasına görə şəhidlərimizə borcluyuq. Onun sözlərinə görə, torpaq həsrətinə son qoyulub və şəhidlərin, qazilərin və müharibə veteranlarının sayəsində qalib xalq kimi vüqarlı, məğrur, alnıaçıq şəkildə əbədi yaşayacağıq.

Şəhid atası Ceyhun Səmədov onlara göstərilən diqqətə və qayğıya görə minnətdarlığını bildirib.

Qeyd edək ki, K.Səmədov döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə, Prezident tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.