SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Aşağı Nüvədi qəsəbəsində şəhid Kamran Əliyevin anım günündə məzarını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 oktyabr tarixində verir.

Anım mərasimində icra hakimiyyəti aparatının rəsmi şəxsləri, şəhidin ailə üzvləri və qəsəbə sakinləri iştirak ediblər. Onlar qəsəbə qəbiristanlığındakı bütün şəhidlərin qəbirləri önünə gül dəstələri düzərək, ruhlarına dualar ediblər.

Taleh Qaraşov şəhidin ailə üzvləri ilə yaxından söhbət edib, onların qayğı və problemləri ilə maraqlanıb. İcra başçısı bildirib ki, şəhidlərimizin anılması, xatirələrinin əziz tutulması hər bir vətəndaşımızın mənəvi borcudur və dövlət də bu istiqamətdə üzərinə düşən bütün addımları layiqincə atır.

Qeyd edək ki, şəhid K.Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.