SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Vətən müharibəsi şəhidi Fariz Zülfüqarzadənin ildönümü ilə bağlı məzarını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 oktyabr tarixində verir.

Tədbirdə həmçinin icra aparatının məsul şəxsləri, şəhidin ailə üzvləri və ictimaiyyətin nümayəndələri də iştirak ediblər.

İcra başçısı şəhid ailəsinin üzvləri ilə söhbət edib, onların qayğı və ehtiyaclarını dinləyib. Taleh Qaraşov qeyd edib ki, şəhidlərimizin xatirəsinin əziz tutulması və hər zaman anılması mənəvi borcumuzdur.

Qeyd edək ki, F.Zülfüqarzadə ölümündən sonra Ali Baş Komandanın müvafiq sərəncamları ilə  “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görülüb.