SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov anım günündə şəhidimiz Mehdizadə Əli Məcid oğlunun məzarını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 noyabr tarixində verir.

İcra başçısı Şiləvar qəbiristanlığındakı bütün şəhidlərin qəbirləri üzərinə tər güllər düzərək, ruhlarına dualar edib. İcra başçısı şəhidimizin ailə üzvləri ilə söhbət edib və qayğıları ilə maraqlanıb. Qəhrəman övladların yetişməsində valideynlərin əvəzsiz rolu barədə danışan icra başçısı şəhid və qazi analarına, habelə Vətən müharibəsi iştirakçılarının valideynlərinə təşəkkürünü bildirib.

Şəhid valideynləri də Taleh Qaraşovun onlara qarşı diqqət və qayğısından məmnunluqlarını ifadə edib, təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, şəhidimiz Əli Mehdizadə göstərdiyi qəhrəmanlığa və şücaətə görə ölümündən sonra İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Rəşadət” ordeninə və “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülüb.