SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhid Əflatun Fərəcovun anım günündə Osakücə kəndindəki məzarını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 noyabr tarixində verir.

İcra başçısı şəhidlərimizin ailə üzvləri ilə yaxından maraqlanıb və onların qayğılarını dinləyib. Taleh Qaraşov qeyd edib ki, ərazi bütövlüyümüzü təmin edən, suveren hüquqlarımızı bərpa edən şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir və onları sevgi və hörmətlə anmaq mənəvi borcumuzdur.

Şəhidin qardaşı Ramin Fərəcov da icra başçısına və kənd camaatına onları tək qoymadıqlarına görə minnətdarlığını bildirib.

Qeyd edək ki, şəhidimiz Ə.Fərəcov ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon