SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhidimiz Afərin Qulamzadənin anım günündə məzarını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 noyabr tarixində verir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul şəxsləri, şəhid ailələrinin üzvləri, yerli ictimaiyyətin nümayəndələri şəhidimizin Mamusta kənd qəbiristanlığındakı məzarını ziyarət edib, önünə tər güllər düzüb və ruhuna dualar ediblər. İcra başçısı şəhidimizin ailə üzvləri ilə yaxından söhbət edib, onların qayğı və ehtiyacları ilə maraqlanıb.

Qeyd edək ki, Vətən müharibəsindəki şücaətinə görə A.Qulamzadə  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.