SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Milli Qəhrəman Əsgər Əliyevin doğum günündə abidəsini ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 noyabr tarixində verir.

Şəhid atası ilə söhbət edən Taleh Qaraşov dövlətimizin hər zaman onların yanında olduğunu qeyd edib. İcra başçısı bildirib ki, dövlət və dövlətçiliyimizin müdafiəsi uğrunda şəhid olan hər kəsin xatirəsinə hörmət və ehtiramın göstərilməsi mənəvi borcumuzdur.

Milli Qəhrəmanın atası Ələkbər Əliyev də ən ali səviyyədə şəhidlərimizə göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib. Bildirilib ki, dövlət hər zaman onların yanında olub, bütün problem və qayğıları daim diqqətdə saxlanılıb.