SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Girdəni kəndinin sakinləri ilə keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 oktyabr tarixində verir.

Səyyar qəbul-görüşdə icra başçısı ilə birlikdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.

İcra başçısı şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə yaxından maraqlanıb, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan bütün məsələlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müraciət olunması barədə göstərişlərini verib.