SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı şəhidlərimiz Elməddin Məmmədli və Murad Abbasovun anım günündə məzarlarını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 oktyabr tarixində Lənkəran ŞİH-yə istinadən verir.

Taleh Qaraşov bildirib ki, yerli insanların şəhidlərimizə göstərdiyi diqqət və ehtiram bir çox xalqlar üçün nümunə təşkil edir. Onun sözlərinə görə, milli birliyimizin rəmzinə çevrilən şəhidlərimizin anım günlərində də xalqımız Vətən müharibəsində olduğu kimi, eyni duyğu və istəklə iştirak edir.

İcra başçısı şəhid ailələrinin üzvləri ilə bütün məclislərdə fərdi qaydada söhbət edir, qayğı və istəklərini dinləyir, onların xüsusi hörmətə layiq olduğunu şəhid ailələrinə olan münasibəti ilə əyani şəkildə ifadə edir. Şəhid ailələri də öz növbələrində Taleh Qaraşovun səmimi və içdən olan davranışlarına görə ona minnətdar olduqlarını vurğulamaqla bərabər, bildiriblər ki, bu, vətəndaşla dövlət məmurları arasında münasibətlər üçün nümunə təşkil edir.

Qeyd edək ki, şəhidimiz Məmmədli Elməddin Anar oğlu ölümündən sonra dövlət başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə”medalları ilə təltif olunub.

Şəhidimiz M.Abbasov ölümündən sonra Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”,”Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.