SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Balıqçılar qəsəbəsində səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 oktyabr tarixində verir.

Görüş insanların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunması məqsədini daşıyıb. Səyyar qəbulda icra başçısı ilə birgə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, eyni zamanda yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.

Lənkəran ŞİH-nin başçısı görüş zamanı bildirib ki, heç bir müraciət diqqətdən kənar qalmır və qaldırılan bütün məsələlər şəxsən onun nəzarəti altındadır. O, həmçinin şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarının hər biri ilə yaxından maraqlanıb, istək və qayğılarını dinləyib, qaldırılan məsələlərin yerində həllindən ötrü göstəriş və tapşırıqlarını verib.