SON XƏBƏRLƏR

Havanın isti keçməsi Lənkəranlı fermerləri narahat edir. Bu haqda bu gün, 12 avqust tarixində Cenublu.az ARB Cenub-a istinadən xəbər verir.

Belə ki, yayda havaların həddindən artıq isti keçməsi sitrus təssərrüfatına ziyan vurub. Hərarətin yüksək olması əsasən limon ağaclarına təsir edib.

“Limonun bütün növlərinin məhsuldarlığı bu il keçən illərə nisbətən bir qədər aşağıdır. Amma mandarin və portağalda isə məhsuldarlıq orta səviyyədədir. Sitrus bitkilərinin qlobal istiləşməyə həssaslığı digər bitkilərə nisbətən daha güclüdür”, – mütəxəssis Elşad Höccətov deyib.

Mütəxəssislərin sözlərinə görə, tez-tez müşahidə olunan palçıq yağışı da sitrus meyvələrinə mənfi təsir edir. Təsərrüfatçı Arıf Kərimovun bildirib ki, limon ağacları çiçək açan vaxtı havanın hərarətinin 35 dərəcədən yuxarı olması bağ sahiblərini çətin vəziyyətlə üz-üzə qoyur.

Qeyd edək ki, bu il sitrus ağaclarının məhsuldarlığı istilər səbəbindən 3-4 dəfə aşağı düşüb.