SON XƏBƏRLƏR

Lənkəranda gecə saatlarında güclü küləyin əsməsi nəticəsində şəhər və kəndlərə ziyan dəyib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 iyun tarixində Dünya TV-yə istinadən verir.

Belə ki, şəhər və rayon ərazisində iri gövdəli çinar, polad və şam ağacları aşıb. Separadi kəndində 2 evin çəpərinə ziyan dəyib. Həmçinin şəhər və 20-yə yaxın kəndlərdə elektrik enerjisinin təchizatı da dayandırılıb. Güclü külək rabitə xətlərinə də qismən ziyan vurub.

Qeyd edək ki, fəsadların aradan qaldırılması istiqamətində Lənkəranda aidiyyəti qurumlar tərəfindən işlər aparılır.