SON XƏBƏRLƏR

Lənkəran rayon sakinindən qanunsuz əşyalar aşkarlanaraq götürülüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 fevral tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Göyşaban kənd sakini, əvvəllər məhkum olunmuş R.Fərzullazadədən heroin, elektron tərəzi, yaşadığı evə baxış zamanı isə nömrəsi silinmiş “Mosin” markalı yivli karabin tüfəngi və 3 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.