Lənkəran rayonu Girdəni kəndində yerləşən dayanacaq baxımsız vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 iyun tarixində verir.
Belə ki, Şirəli Axundov küçəsi, Təzə kənddən İstisu qəsəbəsinə gedən yolda yerləşən, ötən əsrdən qalma dayanacaq bu müddət ərzində yenilənməyib.
“Qışın soyuğunda, yayın istisində bu dayanacaqda durub avtobus gözləyirik. Bir neçə dəfə məsələ ilə bağlı müraciətimiz olub, amma nəticə verməyib. Bir daha aidiyyəti qurumlardan məsələyə nəzər salmalarını xahiş edirik”,- deyə sakinlər bildiriblər.