SON XƏBƏRLƏR

Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi Arzu Məlikovanın “Gənclərimizin Dünyaya açılan Qapısı-Robotexnika dərnəyi” layihəsinin rəsmi açılış mərasimi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 oktyabr tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən verir.

“Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olan Arzu Məlikova çıxış edərək layihənin icrası zamanı qarşıya qoyulmuş məqsəd, vəzifələr və görüləcək işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Qeyd edək ki, layihənin əsas məqsədi texniki yaradıcılıqların inkişafı və mühəndislik-texnolojı sistemin təməlinin qoyulmasıdır. Layihə zamanı Lənkəran şəhərinin 4 məktəbindən (5, 7, 8, 10 nömrəli ) seçilmiş 4 müəllim və həmin məktəblərin 7 və 8-ci siniflərindən seçilmiş 25 nəfər şagirdin (ümumilikdə 16 müəllim, 100 şagirdin) robototexnika üzrə təlimlərə cəlb olunması nəzərdə tutulub.

Layihənin icrası 5 ay müddətində (15/09/2022-15/02/2023 ) nəzərdə tutulub.

 

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon