Gənclər və İdman Nazirliyi Lənkəranla bağlı yeni qərar qəbul edib. Bu haqda bu gün, 20 yanvar tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
Nazirlikdə keçirilən tədbir zamanı 2023-cü il üçün perspektiv iş planı təsdiqlənib. “Sabahın alimləri” müsabiqəsinin qaliblərinin mükafatlandırılması məsələsi, həmçinin Azərbaycan Respublikasının vahid idman təsnifatı müzakirə edilərək səsvermə ilə qəbul edilib.
İclas zamanı namizəd şəhərlərin təqdimatından sonra elektron səsvermə nəticəsində Lənkəran şəhəri 2024-cü il üçün “gənclər paytaxtı” seçilib.