SON XƏBƏRLƏR

Lənkəranda gənclər arasında keçirilən “Twiks” “kviz” turnirinin qalib komandasının adı bəlli olub. Bu haqda bu gün, 27 iyun tarixində Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəsmi Facebook səhifəsində paylaşılıb.

14 komandanın iştirak etdiyi turnirin yekununda “Narsis” komandası I yer, “Gestapo” komandası ll yer, “J-1” komandası isə lll yeri tutublar.

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən müsabiqənin qalibləri diplomlarla təltif olunublar.