SON XƏBƏRLƏR

Lənkəranda “Gənc sahibkarlara dəstək və gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi” ilə bağlı görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 oktyabr tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.

Görüşdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Dövlət Məşğulluq Agentliyinin, Standartlaşdırma İnstitutunun, ABAD-ın Masallı Regional Mərkəzinin nümayəndələri, həmçinin 20-yə yaxın gənc iştirak ediblər. Dövlət orqanı nümayəndələri gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi ilə bağlı çıxışlar edərək, onları maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, görüş Lənkəran şəhər Gənclər və İdman İdarəsinin, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran regional koordinatorluğunun təşkilatçılığı ilə keçirilib.