SON XƏBƏRLƏR

Lənkəran sakini özünə bıçaqla xəsarət yetirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 yanvar tarixində Apa.az-a istinadən verir.

Hadisə rayonun Gəgiran kəndində baş verib. 45 yaşlı Şakir Qəni oğlu Əhədov şəhərin Həzi Aslanov küçəsində bıçaqla bir dəfə özünə xəsarət yetirib.

O, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.

Faktla bağlı Şəhər Rayon Polis şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, Şakir Əhədov Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Baloğlan Əhədlinin atasıdır.