SON XƏBƏRLƏR

Lənkəranda evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 sentyabr tarixində Apa.az-a istinadən verir.

Hadisə Sütəmurdov kəndindəki evlərin birində baş verib. Oğru evə daxil olaraq dəyəri 15 min manat olan qızıl-zinət əşyalarını oğurlayıb. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən şəhər sakini S.Rəhimova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.