Avropa İttifaqının dəstəyi ilə Lənkəranda mədəniyyət festivalı baş tutacaq. Bu haqda bu gün, 3 may tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
Bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib.
“Yaxşı ki, pandemiyanın öhdəsindən gələ bildik. Azərbaycan koronavirusla mübarizədə özünü yaxşı tərəfdən göstərib. Nəhayət, biz tədbirləri hər hansı məhdudiyyət olmadan keçirə bilərik. Aİ Nümayəndəliyi may və iyun aylarında bir sıra tədbirlər təşkil etməyi planlaşdırır”, – deyə o vurğulayıb.
Mixalko əlavə edib ki, Lənkəran Aİ-nin “EU4Lankaran” və “EU4Culture” kimi layihələrində də təmsil olunur.
Qeyd edək ki, tədbirin 10 iyun tarixində keçirilməsi nəzərdə tutulub.