SON XƏBƏRLƏR

Lənkəranda “Erkən nikah və qohumlar arası nikahın fəsadları” adlı maarifləndirici tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 oktyabr tarixində Lənkəran Şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.

Boladi kənd 1 saylı tam orta məktəbində baş tutan tədbirdə məktəbin direktor əvəzi Gülnarə İbadova və Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları Yusif Xamiyev və Elnurə Qəniyeva bildiriblər ki,  erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri aktual ailə problemlərindəndir. Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların – gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Erkən nikahlar ana və uşaq ölümlərinə səbəb olur. Bunun qarşısının alınması üçün ilk növbədə məktəblərdə maarifləndirilmə işi aparılmalıdır.

100-dən çox məktəblinin iştirak etdiyi tədbirdə idarənin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin yetirməsi, ağır-atletika üzrə qadınlar arasında 49kq-da Azərbaycan çempionatında yer tutmuş Türkanə Qənbərzadə idman uğurlarından və idmana getdiyi yoldan danışıb.

Sonda məktəblilərə erkən nikaha həsr olunmuş videoçarx nümayiş olunub.

Lənkəran Şəhər Gənclər və İdman İdarəsi
Lənkəran Şəhər Gənclər və İdman İdarəsi