SON XƏBƏRLƏR

Lənkəran Dövlət Universiteti (LDU)  Erasmus+ proqramına aid yeni layihələrin tərəfdaşı olub. Bu haqda bu gün, 3 oktyabr tarixində Cenublu.az LDU-ya istinadən xəbər verir.

Universitetdə “REFRESH (Azərbaycan Universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji və iqlim dəyişikliyinin azaldılması) Erasmus+ KA2” və “Azərbaycanda İnstitusional Repozitorlar Şəbəkəsi vasitəsilə Tədqiqat Bacarıqlarının İnkişaf etdirilməsi” layihələri tətbiq olunacaq.

Qeyd edək ki, bu iki layihədə tərəfdaş kimi iştirak Lənkəran Dövlət Universitetində təhsilin modernləşdirilməsinə, müasir tələblər səviyyəsinə qaldırılmasına, nəzəriyyə ilə praktiki vərdişlərin üst-üstə düşməsinə imkan yaradacaq.