Daha öncə Lənkəran Dövlət Universitetinin rəsmi Facebook səhifəsində Qida Təhlükəsizliyi Agentliyinin bufetlərini cərimələməsi haqda paylaşım edildiyi haqda məlumat vermişdik.
Az sonra universitetin səhifəsində mövzu ilə bağlı yeni bir post paylaşılıb:
“Lənkəran Dövlət Universitetinin rəsmi Facebook səhifəsinin administratorluğu bildirir ki, səhifədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Lənkəran Dövlət Universitetində aparılmış yoxlamalarla bağlı məlumat səhifəyə kiberhücum nəticəsində yerləşdirilmişdir və universitetin rəsmi mövqeyini əks etdirmir. Hazırda həmin insidentlə bağlı araşdırma aparılır və yaxın zamanda bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə paylaşımda qeyd olunub.