SON XƏBƏRLƏR

Bu gün Lənkəran Dövlət Dram Teatrının quruluşçu rejissoru Tərlan Abdullayevin 34 yaşı tamam olur. Bu haqda bu gün, 2 mart tarixində Cenublu.az Lənkəran Dövlət Dram Teatrına istinadən xəbər verir.

Tərlan Siyasət oğlu Abdullayev 2 mart 1989-cu ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olub. 2016-cı ildə kənd orta məktəbini bitirib. 2007-2008-ci illərdə hərbi xidmət keçib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada rejissorluğu fakültəsində təhsil alıb (2009-2013). 2014-cü ildə Cənub Regional Televiziya Şirkətində (Region TV İstehsalat birliyində) rejissorluq fəaliyyətinə başlayıb. Həmin ildən Lənkəran Dövlət Dram Teatrının truppasında aktyor kimi çalışıb. 2019-cu ilin sentyabrından isə quruluşçu rejissor kimi teatrın ştatına daxil edilib.