SON XƏBƏRLƏR

Azərbaycanın tanınmış teatr rejissoru Oruc Qurbanov dünyasını dəyişib. Bu haqda bu gün, 23 dekabr tarixində Cenublu.az teatra istinadən xəbər verir.

Qurbanov Oruc İzzət oğlu 1949-cu ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda “Dram və kino aktyorluğu” ixtisası üzrə təhsil alıb. 1979-80-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyinin göndərişi ilə Moskva şəhərində görkəmli rejissor A. V. Efrosun rəhbərliyi altında Ali Teatr Rejissorluğu kursunu bitirib.

Əməkdar incəsənət xadimi olan Oruc bəy “Qızıl Dərviş” mükafatının laureatıdır. O, 1974-1979-cu illərdə Lənkəran Dövlət Dram Teatrında rejissor kimi fəaliyyət göstərib. Onlarla teatr, radio və televiziya tamaşalarına quruluşlar verib.

2018-2021-ci illərdə Lənkəran Dövlət Dram Teatrının baş rejissoru vəzifəsində çalışan O.Qurbanov ömrünün son günlərinə kimi bu sənət ocağında quruluşçu rejissor kimi əmək fəaliyyətini davam etdirib.

Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü