SON XƏBƏRLƏR

Bu gün, 19 avqust tarixində Lənkəran Dövlət Dram Teatrının aktyoru Təvəkkül Həsənovun ad günüdür.

Təvəkkül Həsənov 1965-ci ildə anadan olub. O, 1982-1984-cü illərdə Bakı Kitabxanaçılıq Məktəbini “Klub işçisi, klub tədbirləri rejissorluğu” ixtisası üzrə bitirib. Həsənov 1995-98-ci illərdə Sankt-Peterburq Dövlət Universitetinin “Kino və televiziya rejissorluğu” fakültəsinin tam kursunu başa çatdırıb. Daha sonra Lənkəran Dövlət Dram Teatrında bir sıra tamaşalarda müştərək rejissor və tamaşaların idarəçisi kimi çalışıb.

Təvəkkül Həsənov aktyor kimi çalışmaqla yanaşı, özünü dizayner-rəssam kimi də tanıtdırıb.