SON XƏBƏRLƏR

Bu gün Azərbaycan Respublikasının Xalq artisti Böyükxanım Əliyevanın anadan olduğu gündür. Bu haqda bu gün, 28 sentyabr tarixində Cenublu.az Lənkəran Dövlət Dram Teatrına istinadən xəbər verir.

Böyükxanım Həsənbala qızı Əliyeva 1945-ci ildə Xaçmazda dünyaya göz açıb. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirdikdən sonra təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib.

Parlaq sənət illərində aktrisa Germiona (“Qış nağılı”, U.Şekspir), Amaliya (“Qaçaqlar”, F.Şiller), Gültəkin (“Aydın”, C.Cabbarlı), Sədayə (“Sən yanmasan”, N.Xəzri), Nihal (“Yağışdan sonra”, B.Vahabzadə), Sənəm xala (“Yaxşı adam”, M.İbrahimov), Anjel, Aynur (“Məhv olmuş gündəliklər”, “Büllur sarayda”, İ.Əfəndiyev), Komissar (“Nikbin faciə”, V.Vişnevski) və s. bu kimi 100-dən çox müxtəlif xarakterli rollarla çıxış edib.

Böyükxanım Əliyeva 2 aprel 1979-cu ildə Əməkdar, 28 oktyabr 2000-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb.

Həmçinin onu da qeyd edək ki, aktrisaya dəfələrlə Azərbaycan Respublikası Prezidentinin mükafatları təqdim edilib.