SON XƏBƏRLƏR

Bu gün Lənkəran Dövlət Dram Teatrının aktrisası Aynur Əhməd qızı Əhmədovanın doğum günüdür.

Aynur Əhmədova 17 sentyabr 1975-ci ildə Lənkəran şəhərində anadan olub. 1993-1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 1998-ci ildən Lənkəran Dövlət Dram Teatrında çalışır.

Ötən müddət ərzində A.Əhmədova səhnədə milli klassiklərimizin, çağdaş Azərbaycan dramaturqlarının və eləcə də əcnəbi müəlliflərin müxtəlif janrlı əsərlərində 60-a yaxın rol ifa edib. Aktrisa, həmçinin bir sıra bədii filmlərə və teleseriallara çəkilib.

Səmərəli fəaliyyətinə və milli teatrımızın inkişafındakı xidmətlərinə görə

A.Əhmədova Mədəniyyət Nazirliyi tərəfindən “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub, festival və müsabiqələrin diplom və Fəxri fərmanlarına layiq görülüb.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər