SON XƏBƏRLƏR

Lənkəran Dövlət Dram Teatrının əməkdaşları yeni mövsümün başlaması ilə əlaqədar yığıncaq təşkil ediblər. Bu haqda bu gün, 9 sentyabr tarixində Cenublu.az teatrın rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.

Görüş zamanı teatrın direktoru Tofiq Heydərov yeni mövsümdə kollektivin qarşısında duran vəzifələrdən danışıb. Əməkdaşlar birgə müzakirələr apararaq fikir və təkliflərini bildiriblər.

Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrının 132-ci mövsümü sentyabrın 16-da saat 17:00-da Anar Babalının “Haqqın 44 günü” tamaşası ilə başlayacaq. Biletləri teatrın kassasından əldə etmək olar.