SON XƏBƏRLƏR

Xəbər verdiyimiz kimi, ötən gün Lənkəran Dövlət Dram Teatrında Kamal Abdullanın “Casus” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirilib. Tamaşanın yaxın günlərdə premyerası olması gözlənilirdi. Lakin Bizim.media-nın verdiyi məlumata əsasən, tamaşadan sonra peşmanlıq yaşanıb və əsərin taleyi naməlum qalıb.

Belə ki, Bakıdan gələn nümayəndə heyəti səhnə əsərini müzakirə etmədən teatr binasını tərk edib. Mədəniyyət Nazirliyinin teatr sektorunun müdiri Könül Cəfərova və əməkdaşı Günay Hümbətova əlavə söz deməyə ehtiyac görməyiblər. Tamaşada müəyyən qüsurların olduğunu bildirən sektor müdiri vaxtlarının olmadığını, Bakıya tələsdiklərini səbəb gətirərək müzakirələrə qalmaqdan imtina ediblər.

Qeyd edək ki, Kamal Abdullanın bu əsəri 2007-ci ildə Milli Akademik Dram Teatrında da qoyulmuşdu, amma tamaşanın nümayişi dayandırılmışdı. Əsər sonra tamamilə teatrın repertuarından çıxarılmış, nümayişi qadağan olunmuşdu.

Tamaşanın quruluşçu rejissoru Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Anar Babalı idi.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon