SON XƏBƏRLƏR

Lənkəran şəhərinin Koroğlu küçəsi ilə Koroğlu küçəsi, dalan 1-in kəsişməsindəki dirək aşmaq üzrədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 noyabr tarixində verir.

Belə ki, rabitə dirəyinə dayaq üçün qoyulan digər dirək qırılaraq təhlükəli vəziyyət yaradıb.

“Bir müddət öncə rabitə dirəyi aşmaq təhlükəsi ilə üzləşmişdi. Ona görə də ona dayaq qismində bu dirəyi quraşdırdılar. Hal-hazırda bu dirək də aşmaq üzrədir. Bir hadisə baş vermədən aidiyyəti qurumların məsələyə nəzər salmalarını istəyirik”, – deyə sakinlər bildiriblər.

Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az