SON XƏBƏRLƏR

Lənkəran şəhəri Mirzə Səlim Axundzadə küçəsində zibillər vaxtlı-vaxtında daşınmadığından xəndəklərə tökülüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 dekabr tarixində verir.

Belə ki, Həzi Aslanov parkının yanında yerləşən küçədə zibillər torbalara yığılsa da, daşınmır. Məişət tullantılarının bir hissəsi isə xəndəklərə tökülərək antisanitariya və pis görüntü yaradıb.