SON XƏBƏRLƏR

Lənkəran şəhəri, İ.İsmətzadə küçəsində yerləşən rabitə dirəyi qəzalı vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 yanvar tarixində verir.

“Rabitə dirəyi aşmaq üzrədir. Aşsa, həm ərazi telefonsuz və internetsiz qalacaq, həm də yaxınlıqdakı evlərə ziyan dəyəcək. Aidiyyəti qurumlardan xahiş edirik, dirəyi təmir etsinlər”, – deyə sakinlər bildiriblər.