SON XƏBƏRLƏR

Lənkəran rayonunda Kənd Təsərrüfatı Nazirliyi və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Çəltiyin seleksiyası və toxumçuluğu” üzrə tarla seminarı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 sentyabr tarixində Azertac-a istinadən verir.

Tarla seminarında iştirakçılara görülən işlər barədə ətraflı məlumat verilib. İlk dəfə olaraq respublikada elmi əsaslarla çəltiyin seleksiya işlərinin aparılması, toxumçuluğun təşkili, super elit və elit toxum istehsalı fermerlər tərəfindən yüksək qiymətləndirilib.

Cari ildən çəltikçilik sahəsində sertifikatlı toxum istehsalının həyata keçiriləcəyi və toxumla bağlı çətinliklərin yaxın iki il ərzində həllini tapacağı iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda institutun alimləri tərəfindən aparılan seleksiya işləri nəticəsində Dövlət Aqrar Xidmətlər Agentliyinə rayonlaşma üçün iki sort nümunənin təqdim olunacağı və cari ildə 1,5 ton super elit, 0,7 ton artırma toxumunun istehsal ediləcəyi vurğulanıb.

Tədbirdə iştirak edən mütəxəssis və fermerlər çəltik əkin sahələrinə baxış keçiriblər.