SON XƏBƏRLƏR

Lənkəran şəhərinin Koroğlu küçəsində xəndəklər uzun zamandır ki, təmizlənmir. Bununla bağlı sakinlər bu gün, 20 may tarixində Cenublu.az-a müraciət ediblər.

Sakinlər bildirirlər ki, yaşadıqları küçə baxımsız vəziyyətdədir: “Küçəmiz süpürülmür, xəndəklər təmizlənmir. Xəndəklərin içərisində bitən əncir ağacları suyun axarını tutub. Nəticədə illərdir orda qalan sudan üfunət iyi gəlir. İnanın, iydən evimizdə otura bilmirik. Aidiyyəti quruma müraciət etmişik. Cavabında isə bizə bildiriblər ki, küçənizin işçisi yoxdur”.

Xəndək
Foto Cenublu.az