SON XƏBƏRLƏR

Bu gün, 21 oktyabr tarixində Vətən müharibəsi şəhidi Eşqin Cəfərzadənin şəhadətə ucaldığı gündür.

Eşqin Cəfərzadə 20 aprel 1997-ci ildə Lənkəranın Darquba kəndində dünyaya gəlib. 2003-2012-ci illər ərzində Darquba kənd tam orta məktəbində 9 illik təhsil alıb. Sonra Lənkəran Peşə Liseyində avtomobil çilingəri peşəsinə yiyələnib.

2015-ci ildə Gəncəyə hərbi xidmətə yola düşüb. Gəncədə 3 aylıq xidmətdən sonra Daşkəsənə göndərilib. Burada qısa müddətdən sonra manqa komandiri təyin olunub.

Aprel döyüşlərində Lələtəpə və Talış kəndi uğrunda gedən əməliyyatlarda manqa komandiri, top atıcısı kimi iştirak edib. Hərbi xidmətini başa vurduqdan sonra Lənkərana qayıdıb.

Vətən müharibəsi zamanı hərbi komissarlığın çağırışı ilə cəbhəyə yollanıb.

Hadrutda, Suqovuşanda, Cəbrayılda, Zəngilanda, Füzuli və Qubadlıda döyüşlərdə atıcı kimi iştirak edib. 21 oktyabrda Qubadlıda şəhid olub, 5 noyabrda Şiləvar kənd qəbiristanlığında dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda