SON XƏBƏRLƏR

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Vüsal Hadıyevin doğum günüdür.

Vüsal Hadıyev 18 oktyabr 2000-ci ildə Lənkəran şəhəri, Gəgiran kəndində anadan olub. Vüsal hələ körpə ikən ailəsi ilə birlikdə Masallı şəhərinə köçüblər. İlk təhsilini Nəriman Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbində alıb. Məktəb vaxtlarında cüdo idman növü ilə məşğul olan Vüsal yeniyetmələr arasında təşkil olunmuş bir çox idman yarışlarında iştirak edərək müxtəlif dərəcəli diplom və medallarla təltif olunub.
2019-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayıb.
Vətən Müharibəsinin başladığı ilk günlərdən döyüşlərdə iştirak edib və 5 oktyabr 2020-ci ildə Ağdərə uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
22 oktyabr 2020-ci ildə Masallı şəhər məzarlığında dəfn olunmuşdur.
Ölümündən sonra o, “Vətən uğrunda” medalı ilə təltif olunub.