SON XƏBƏRLƏR

Bu gün, 24 oktyabr tarixində şəhid Elməddin Ələddin oğlu Məmmədlinin şəhadət günüdür.

Elməddin Məmmədli 26 aprel 1995-ci ildə Lənkəran rayonunun Göyşaban kəndində anadan olub. Göyşaban kənd tam orta məktəbini 2012-ci ildə bitirib, həmçinin mədrəsədə ilahiyyat üzrə təhsil alıb. Ağır atletika idman növü ilə məşğul olub. Milli Ordunun tərkibində hərbi xidmət borcunu yerinə yetirib qayıtdıqdan sonra xırda ticarətlə məşğul olub, müxtəlif sahələrdə çalışmaqla ailəsinə kömək edib.

2018-ci ildə Dövlət Dəniz Administrasiyasının növbə motorçusu təhsilini alıb. Vətən müharibəsi başladığı ilk günlərdə könüllü olaraq cəbhəyə yollanıb. Elməddin Məmmədlinin döyüş yolu Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıdan keçib. 24 oktyabr 2020-ci ildə cəsur döyüşçümüz Qubadlıda döyüş tapşırığını yerinə yetirərkən düşmənin endirdiyi minaatan zərbəsi nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunması”, “Qubadlının azad olunması”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.