SON XƏBƏRLƏR

Bu gün, 14 oktyabr tarixində Vətən müharibəsi şəhidi Araz Mirzəyevin anım günüdür.

Araz Mirzəyev 19 yanvar 2002-ci ildə Lənkəran rayonunun Cil kəndində anadan olub. 2008-2019-cu illərdə orta təhsil alıb.

2020-ci ildə Lənkəran şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, “N” saylı hərbi hissədə xidmət edib.

Vətən müharibəsində atıcı olaraq iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, 14 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olub. Doğulduğu Lənkəran rayonunda torpağa tapşırılıb.

Ölümündən sonra “Vətən uğrunda”,  “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.