SON XƏBƏRLƏR

Bu gün, 17 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Qüdrət Məmmədzadənin şəhadətə ucaldığı gündür.

Qüdrət Tofiq oğlu Məmmədzadə 10 sentyabr 2001-ci ildə Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra, 1 oktyabr 2019-cu ildə hərbi xidmətə çağırılıb.

Vətən müharibəsi zamanı Qüdrət Məmmədzadə Talış-Suqovuşan döyüşlərində savaşıb. 17 oktyabr 2020-ci ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhid olub. Lənkəranda dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda