SON XƏBƏRLƏR

Bu gün, 12 oktyabr tarixində baş leytenant, Vətən müharibəsi şəhidi Elmar İbayevin şəhadətə ucaldığı gündür.

Elmar Hikmət oğlu İbayev 29 yanvar 1978-ci ildə Lənkəran şəhərində anadan olub. 1984-1994-cü illərdə V. Əliyev adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. 1994-1998-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ali təhsil alıb.

Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmar İbayev 12 oktyabr Füzuli döyüşləri zamanı şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda