SON XƏBƏRLƏR

Bu gün, 15 noyabr tarixində general, ədliyyə nazirinin müavini Eldar Nuriyevin doğum günüdür.

Eldar Nuriyev 1955-ci ildə Lənkəran şəhərində anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Universiteti bitirdikdən sonra Gəncə şəhər prokurorluğunda prokuror köməkçisi, 1993-cü ildə Bakı şəhər prokurorluğuna rəhbər işə göndərilərək Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin rəisi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Dövlət-hüquq şöbəsində böyük məsləhətçi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Hüquq mühafizə orqanları ilə iş şöbəsində böyük referent vəzifələrində çalışıb.

2000-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Baş prokurorunun müavini təyin olunub. 2006-cı ilin aprel ayından 2019-cu ilin noyabr ayınadək Azərbaycan Respublikası Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsində işləyib.

25 dekabr 2019-cu ildən Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.

Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasına sədr təyin edilib.

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, ”Azərbaycan Xalq Cümhuriyyətinin, Milli Təhlükəsizlik və Xarici İşlər nazirliklərinin, Azərbaycan Ədliyyəsinin, Azərbaycan Polisinin, “Azərbaycan Respublikası Prokurorluğunun 100 illiyi” xatirə medalları, “Prokurorluğun fəxri işçisi” və digər döş nişanı və Fəxri fərmanlarla təltif olunub.

 

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib
Aktual

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyi əməkdaşları hazırlıq səviyyələrini mükəmməlləşdirmək məqsədilə təlimlər təşkil edib. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir. Cənub Regional Mərkəzində  “Subasma zamanı təhlükəli vəziyyətdə