SON XƏBƏRLƏR

Livanda keçirilən Beynəlxalq Kulinariya Çempionatında 1-ci yeri qazanmış Lənkəranın ilk Kulinariya Komandasının üzvlərinə Fəxri Fərman təqdim olunub. Bu haqda bu gün, 18 aprel tarixində Cenublu.az Lənkəran şəhər İcra Hakimiyyətinin Facebook səhifəsinə istinadən xəbər verir.

Lənkəran Regional Mədəniyyət Mərkəzində keçirilən görüşdə Lənkəran ŞİH başçısının müavini Mikayıl Cəfərzadə, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov, komandanın üzvləri, rayonumuzda kulinariya sahəsində tanınan aşbazlar, mədəniyyət işçiləri, xidmət sahələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tahir Əmiraslanov Livanda keçirilən Beynəlxalq Kulinariya Çempionatı haqqında geniş məlumat verdikdən sonra komandanın qazandığı Kuboku Azərbaycanın qastronomiya paytaxtı Lənkəran şəhərində saxlanılmasından ötrü icra başçısının müavini M.Cəfərzadəyə təqdim edib.