SON XƏBƏRLƏR

Lənkəran şəhərinin Müzəffər Nəsirli küçəsində yerləşən bankomatda mütəmadi olaraq texniki problemlər yaranır. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 dekabr tarixində verir.

Belə ki, sakinlərin sözlərinə görə, bu hal bankomatın qarşısında sıxlığa səbəb olur. “Burada üç bankomatın olmasına baxmayaraq, cəmi biri işləyir. Maaşların və təqaüdlərin köçdüyü vaxt lap əziyyət çəkirik. Məcburən xeyli vaxt itirib növbəmizi gözləməli oluruq”, – deyə sakinlər bildiriblər.